Azedu.az

İtaliyalı alimlər Fizika İnstitutunda

Elmi institut və təşkilatlar

27 Oktyabr 2019, 15:43
İtaliyalı alimlər Fizika İnstitutunda

İtaliyanın Elektronika və Maqnetizm Materialları İnstitutunun əməkdaşları Dr. Klaudio Ferrari, Dr.Giovanni Attolini, Dr. Sara Beretta və gənc mütəxəssis Francesco Rispoli Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  Fizika İnstitutunda qonaq olublar.

AzEdu.az xəbər verir ki, səfərdə məqsəd AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurasının (CNR) elmi əməkdaşlığa dair Saziş və Əməkdaşlıq Proqramına əsasən, 2018-2019-ci illər üçün müsabiqədə qalib olmuş “Partlayıcı sensorlar üçün germanium və karbon nanostrukturları” başlıqlı layihə çərçivəsində  aparılmış tədqiqat işlərini və nəticələri müzakirə etmək olub.  İki gün davam edən ezamiyyət müddətində “Bionanostrukturlar fizikası” laboratoriyasının aparıcı elmi işçisi Nahidə Musayevanın rəhbərliyi ilə  laboratoriyada təcrübələr aparılıb,  əldə olunan nəticələr müzakirə olunub və növbəti iş planı tərtib edilib. 

Qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə də tanış olublar. 

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox