Azedu.az

Mərkəzi Nəbatat Bağının gənc alimi Türkiyədə tədqiqat aparıb

Elmi institut və təşkilatlar

26 Oktyabr 2019, 16:51
Mərkəzi Nəbatat Bağının gənc alimi Türkiyədə tədqiqat aparıb

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının İnformasiya Texnologiyaları şöbəsinin müdiri Yusif Abiyev Türkiyənin Qaradəniz Texniki Universitetində 6 ay müddətində araşdırma aparıb.

Tədqiqat Coğrafi İnformasiya Sistemləri və Məsafədən Zondlama texnologiyalarının tətbiqi ilə Samur-Yalama Milli Parkının bitki örtüyünün sağlamlığına iqlim dəyişmələrinin təsiri, bu meşələrin karbon və istixana qazlarının tutma potensialının 30 il ərzində dəyişmə dinamikası, tədqiqat ərazisində yayılan endemik bitkilərinin çoxaldılması üçün onların yayılma potensialının olduğu ərazilərin təxmin edilməsi, meşə idarəetməsində tətbiq olunan risk analizlər kimi mövzuları əhatə edib. (Azərbaycan müəllimi)

ŞOK VİDEO! İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər
Son xəbərlərDaha çox