Azedu.az

İnternet-kriminalistika ilə bağlı tədqiqatlar aparılır

Elmi institut və təşkilatlar

19 Oktyabr 2019, 13:52
İnternet-kriminalistika ilə bağlı tədqiqatlar aparılır

İnternet-kriminalistika, kibercinayətkarlıqla mübarizə, kibertəhlükəsizliyin çoxaspektli problemlərinin həlli, informasiya təhlükəsizliyi kimi sahələr AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindən biridir.

AzEdu.az xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev elmi seminarda məlumat verib.

İnternet-kriminalistikanın aktuallıq kəsb edən məsələlərdən olduğunu deyən alim ölkəmizin milli təhlükəsizlik tələblərinə əsasən bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıb. Ölkəmizdə kibercinayətkarlıqla mübarizə işinin səmərəli təşkili, idarə olunması, koordinasiyası, yeni yanaşmaların dərindən öyrənilməsi və kadr hazırlığının həyata keçirilməsi ilə bağlı mühüm tədbirlərin görüldüyünü deyən akademik AMEA-nın bu istiqamətdə dövlət siyasətinə elmi dəstək verdiyini qeyd edib. Alimin sözlərinə görə, real zamanda fəaliyyət göstərən, kriminalist meyilləri aşkar və klassifikasiya edən intellektual kriminalist robotlar hazırlanmalı, internet-kriminalistika, onun vəziyyəti və problemləri istiqamətində kadr hazırlığı aparılmalı, elmi problemlər təsnif olunmalıdır.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox