Azedu.az

Bu gün SAT imtahanı keçiriləcək

5 Oktyabr 2019, 09:29
Bu gün SAT imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahanda iştirak edəcək şəxslər saat 07.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/sat/

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox