Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-29 09:04:00
Dövlət peşə məktəblərinə işə qəbul üzrə müsahibə mərhələsi davam edir

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi davam edir.

Təhsil Nazirliyindən A zEdu.az-a bildirilib ki, müsahibə mərhələsi sentyabrın 30-da başa çatacaq. Yekun nəticələr isə oktyabrın 1-də elan ediləcək.

Xatırladaq ki, dövlət peşə təhsili müəssisələrində işə qəbul üçün ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslərin müraciətləri qəbul olunub.