Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-04 15:36:12
İş tapa bilməyən riyaziyyatçıların yeganə çıxış yolu –  “Ən çox onlar müraciət edirlər”  

“Ümumiyyətlə, bütün bölgələrdən ixtisasartırma kursları  üçün müraciət edirlər. Elə bir  rayon  yoxdur ki, oradan kurslarımıza gələn olmasın.  Lakin ən çox müraciətlər isə Bakı rayonlarından  olur”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Davamlı təhsil və təlim şöbəsinin müdiri  Vaqif  İsrafilov deyib: 

“Kurslara, bütün  illər üzrə,  əsasən riyaziyyat və dil-ədəbiyyat müəllimliyi üçün müraciətlər çox olur. Bu il  10  fənn üzrə 12 qrup təşkil olunub. Cari ilin statistik göstəricilərində  ən çox riyaziyyat və fizika, daha sonra isə Azərbaycan dili - ədəbiyyat və kimya müəllimi olmaq istəyənlər in sayı daha çoxdur.

Sonrakı sıralarda isə biologiya və tarix müəllimləri gəlir”. 

V.İsrafilov qeyd edib ki, müraciətçilər arasında Bakı Dövlət Universitetinin  mexanika - riyaziyyat fakültəsinin riyaziyyatçı ixtisasına yiyələnib müəllim işləyə bilməyənlər  çoxluq təşkir edir:

“Hazırda, bizə təkcə universitet məzunları müraciət edə bilir. Kollec məzunlarının qəbulu üçün hələ Nazirlər Kabinetinin qərarını gözləyirik. Deyirlər ki, kollec məzunlarının da qəbulu gözləniləndir”.

Qeyd edək ki, əlavə təhsil fakültəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində əlavə “İxtisasartırma” fakültəsi kimi yaradılıb. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə  ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. Azərbaycan Respublikasında əlavə təhsil ixrisasartırma;kadrların yenidən hazırlanması; stajkeçmə və kadrların təkmilləşdirilməsi;təkrar ali təhsil;dərəcələrin yüksəldilməsi; yaşlıların təhsili-istiqamətlərini əhatə edir.