Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-04 09:25:26
ADNA qurbanı xatirəsinə film çəkildi  – Rektordan açıqlama

 

“30 apreldə universitetdə ADNA qurbanlarının ruhu qarşısında hesabat veririk. Hər il bir şəhidin xatirəsinə film həsr edirik. Bu il də Ramiz Abdullayevin xatirəsinə 11-12 dəqiqəlik film çəkdik”.

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı deyib.

“Bu, bizim faciəmizdir. Bu məslədə özümü saxlaya bilmirəm, zəiflik göstərirəm. Güclü olmaq lazımdır, ancaq o anaların qarşısında güclü dayanmaq mükün deyil. İnsan 20 il övladının qayğısını çəkib, universitetə göndərsin,  universitet isə onu qoruya bilməsin. Bu, həqiqətən dəhşətdir. Lakin, təəssüf ki, heç kim bundan sığortalanmayıb”.

Qeyd edək ki, professor Abdullayev Ramiz Xəlil oğlu Azərbaycan Dövlət Neft Akademiyasının Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri olub. O, 2009-cu il 30 aprel tarixində ADNA-da baş verən terrorun qurbanı olub.