Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 16:52:00
Doktorantura proqramı həyata keçirən müəssisələrin sayında artım müşahidə olunub

Azərbaycanda 119 elm və ali təhsil müəssisəsində fəlsəfə doktoru proqramı həyata keçirilir. Bu müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə 2064 nəfər təhsil alır. Elmlər doktoru proqramını həyat keçirən müəssisələrin sayı isə 89-dur.

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, ölkəmizdə doktorantura hazırlığını həyat keçirən müəssisələrin və təhsil alanların sayında artım müşahidə olunub. Belə ki, 2000-ci ildə fəlsəfə doktoru proqramı həyata keçirən müəssisələrin sayı 83, bu müəssisələrdə təhsil alanların sayı 963, elmlər doktoru hazırlayan müəssisələrin sayı 21, təhsil alanların sayı 47 olub.