
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik” kitabı çapdan çıxıb.
AzEdu.az-ın məlumatına görə kitabın tərtibçisi və ön sözün müəllifi tanınmış araşdırmaçı Aydın Balayevdir.
Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları və 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri yer alıb.
M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə ünvanladığı ərəb qrafikası ilə yazılmış məktubları AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Arif Ramazanov tərəfindən transfonoliterasiya edilib, fars-ərəb mənşəli sözlərə izah yazılıb. Kitaba daxil edilmiş “Şəfibəyçilik” əsəri o dövrdə Azərbaycan mühacirəti və Müsavat partiyasında baş verən prosesləri ehtiva edir.
Qeyd edək ki, bu əsər Azərbaycanda ilk dəfə nəşr olunur.
kitabı







