Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 20:52:00
AMEA-da elektron tullantıların  insan sağlamlığına təsiri araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda əşyaların interneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri əsasları işlənilir. Bu məqsədlə akustik küy monitorinq şəbəkəsinin (AKMŞ) ətraf mühitin ekoloji monitorinq şəbəkəsinin tərkib hissəsi kimi rolu araşdırılıb.

Bu barədə institutun növbəti seminarında məlumat verilib.

İnstitutdan AzEdu.az-a verilən məlumata görə,  bu il elektron tullantılar (ET), onların ətraf mühit və insan sağlamlığı üçün yaratdığı problemlər araşdırılıb, ET idarəçiliyi üzrə dünya təcrübəsi, eləcə də Azərbaycanda mövcud vəziyyətin monitorinqi və Avropa İttifaqı ölkələri ilə müqayisəli təhlili aparılıb.