Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 16:59:00
Riyaziyyat və mexanikanın müasir problemləri müzakirə olunacaq

Oktyabrın 23-dən 25-dək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Akademiyadan AzEDu.az -a verilən məlumata görə, tədbir “Funksional analiz və operatorlar nəzəriyyəsi”, “Diferensial tənliklər və optimal idarəetmə”, “Azərbaycanda riyaziyyatın və riyazi təhsilin inkişaf tarixi”, “Mexanika və tətbiqi riyaziyyat” bölmələri üzrə təşkil olunacaq.

Beynəlxalq konfrans haqqında ətraflı məlumatı imm60.imm.az saytından əldə etmək mümkündür.