Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 12:03:00
Bakıda müəllim birinci sinif şagirdini döyüb - İDDİA + VİDEO

Ötən gün Bakının mərkəzində yerləşən 189-190 saylı orta məktəbdə sinif rəhbəri I sinif şagirdini döyüb.

AzEDU.az xəbər verir ki, hadisə barədə uşağın valideyni Xanım Əliyeva sosial şəbəkə hesabında məlumat yayıb.

O, qızının qələminin pastasını partanın üzərinə tökdüyü üçün müəllimə tərəfindən döyüldüyünü iddia edib. Valideyn qızının şəklini sosial media hesabında paylaşıb.

Bu gün döyülən övladı ilə məktəbə yollanan ana müəllimədən direktora şikayət etdiyini və lazımi tədbirlərin görüləcəyini bildirib:

“Müdiriyyətin yanına yaxınlaşdım və şikayətimi etdim. Hazırda qızımın alnında şiş olduğu kimi qalsa da, öz işimi gördüm. Ümidvaram ki, iş bu yerdə qalmayacaq. Bütün valideynlərə səslənib deyirəm ki, özbaşınalığın qarşısını almaq üçün övladlarınıza diqqət yetirin”. (open.az)