Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 23:55:00
Alimlər ilin ikinci Ay tutulması barədə

Bu gecə cari ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

AzEdu.az  xəbər verir ki, bu barədə "Trend"ə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.

Qeyd edək ki, Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.