Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-12 14:48:00
Gənclər Fondu tərəfindən kimlərin təhsil haqqı qarşılanacaq? - Kriteriyalar

Gənclər Fondu təhsil haqqının qarşılanması üçün növbəti ərizə qəbulunu davam etdirir.

 AzEdu.az xəbər verir ki,  ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb. Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq  qaydada doldurub, sayt üzərindən Gənclər Fonduna göndərməlidirlər.

Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcək

Milli qəhrəman övladları;

I, II qrup əlil gənclər (2018/19-cu tədris ili üçün) və III qrup əlil gənclər

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

I qrup əlil valideyni olan gənclər;

Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;

Aztəminatlı ailədən olan gənclər.

Qeyd edək ki, müraciətlər 19 iyul 2019-cu il saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.

Günel Yaşarqızı
Müəllifin digər yazıları