Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-07 11:40:00
Abituriyentlərin nəzərinə!  - İmtahandan dərhal sonra canlı yayım ediləcək

Bu gün keçirilən  qəbul imtahanından dərhal sonra DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, canlı yayım saat 16.00-da-da başlayacaq.

Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Xatırladaq ki, bu gün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə yay qəbul imtahanı keçirilir.