Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-27 13:52:00
“Süni” zəka hekayə yazdı

“Süni” zəka hekayə, alqoritmlərin gələcəkdə həyatımızın hər sahəsinə daxil olacağını bir daha göstərdi. Süni zəka hekayə yazarkən, insanlar tərəfindən yazılmış köhnə hekayələrdən istifadə etdi.

AzEDU.az deyerler.org-a istinadən bildirir ki, artıq süni zəka tərəfindən qısa mətnlərin, hekayələrin, xəbərlərin yazıla bildiyi bir dövrə daxil oluruq.

Botnik Studiosdan yazarlar, sənətçilər və developerlərlə əməkdaşlıq edilərək yaradılan süni zəka alqoritmi, hekayə yazmağı bacardı. 'Şahzadə və tülkü' adlı hekayə, olduqca kompleks bir müddət ilə yazıla bildi.

İş üçün əvvəlcə bəzi hekayələr Voicebox ilə mətin proqramına köçürüldü. Daha sonra analiz edilərək süni zəka, müxtəlif sözlər və cümlələr öyrəndi. Ardından çağırılan mətnlərdən "Şahzadə və tülkü" adlı hekayə ortaya çıxdı. Əldə edilən mətn əlbəttə "Qırmızı papaq" qədər müvəffəqiyyətli deyil. Ancaq başlanğıc üçün çox yaxşı olduğunu söyləyə bilərik.