Azedu.az

Universiada-2019-da Hidayət Heydərov yarımfinala yüksəldi

Ali təhsil

5 İyul 2019, 17:10
Universiada-2019-da Hidayət Heydərov yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib.

AzEdu.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən idmançı ardıcıllıqla Abdulla Hamad (Səudiyyə Ərəbistanı), Əbdülrəhman Məhəmməd (Misir), Lyuk Otman (Fransa) və Marko Qusiçi (Monteneqro) məğlub edib.

O, yarımfinalda Tsoqbaatar Tsend-Oçirlə (Monqolustan) qarşılaşacaq.

Qeyd edək ki, 81 kq çəkidə çıxış edən Murad Fətiyev ilk görüşdə Cim Heyijmana uduzub.

Ərdoğanın partiyasında təmizləmə əməliyyatı - Saxlanılanlar var
Son xəbərlərDaha çox