Bakı Apelyasiya Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Rauf Murğuzovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
AzEdu.az məlumat verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hakimlər kollegiyasının qərarına əsasən, R. Murğuzovun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R. Murğuzov saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib
Xatırladaq ki, qətlə yetirilən E. Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R. Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.