https://www.zirve.edu.az/
26.04.2018 17:55
Azərbaycan Texniki Universitetində yeni dekan və kafedra müdiri seçilib

 

Azərbaycan Texniki Universitetin mətbuat xidmətindən verilən məlumata görə ali təhsil müəssisəsinin “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı və “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri vəzifələrini  icraçıları müəyyənləşib.

“Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı vəzifəsini tutmaq üçün keçirilən seçkidə fakültənin sabiq dekanı, dosent Ramiz Hüseynov üstünlük qazanıb.

O, növbəti 5 il müddətinə dekanvəzifəsini icra edəcək. “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri vəzifəsini tutmaq üçün keçirilən seçkidə isə alternativ namizədin olmasına baxmayaraq kafedranın əvvəlki müdiri, dosent Zəfər Cəfərov daha çox səs toplayaraq növbəti 5 il müddətinə “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiritəyin olunub.

 Seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05.02.2018-ci il tarixdə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq həyata keçirilib.