Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-30 10:32:00
Magistraturaya qəbul olunan bakalavrların nəzərinə! - Qeydiyyatdan keçməyə tələsin!

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2019-cu il iyunun 27-dən  iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.