Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-26 12:32:22
“Uşaq qidanı evdən gətirib, bufetdən almayıb”- Şagirdi zəhərlənən  məktəbin direktoru

“Şagirdin zəhərləndiyi qida isə bufetdən alınmayıb, yeməyi evdən gətirib”.

Bunu Ağsu şəhər 2 saylı orta məktəbdə zəhərlənən şagirdlə bağlı məktəbin direktoru Ramin Mahmudov deyib. Onun sözlərinə görə, uşağın vəziyyəti hazırda əladır, evə buraxılıb və heç bir problem yoxdur.

“Hazırda dincəlmək üçün evdə qalıb, sabahdan dərslərinə davam edəcək. Bu gün uşaq özü məktəbə gəlmək istəyirdi, icazə vermədik. Axşam uşağa baş çəkmişik.

Bufetimiz rəsmi qeydiyyatdadır, müəyyən şirkətlərdən qidalar gəlir. Vaxtı keçmiş heç bir mal satılmır. Uşağın zəhərləndiyi qida isə bufetdən alınmayıb, yeməyi evdən gətirib. Həkimlər deyir ki, uşağın mədə-bağırsaq sistemində problemlər var, zəhərlənmə də məhz buna görə baş verib.

Bufetdən alınması xəbəri isə necə yayılıb, bilmirik. Artıq təkzib məlumatları yayılacaq”.

Qeyd edək ki, yayılan xəbərlərə görə, aprelin 25-i Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib.

O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.