Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 14:31:44
Gənclər arasında qeyri-adi yarışmanın qalibləri müəyyənləşdi

Aprelin 21-də  “New Baku Otel”-də “Student Club Azerbaijan”, Equalpress.az və Azad İstehlakçılar Birliyinin birgə təşkilatçılığı ilə“Battle of Brands”layihəsi baş tutub. 

AzEdu.az xəbər verir ki, tədbirdə şirkətlər, media qurumları və gənclər bir araya gəlib.

Layihə Cümhuriyyətin 100 illiyinə həsr olunub. Tədbir Ölkə iqtisadiyyatının, mətbuatın və gəncliyin qarşılıqlı əlaqəsinin vacibliyindən danışan Elnur Məmmədovun açılış nitqi il əbaşlayıb. O, tədbirdə iştirak edən şirkət və media nümayəndələrinə təşəkkür edib, komandalara uğurlar arzulayıb.

Sonra tədbirdə “Avrora LLC”-nin marketoloqu, “Laferalla”-nın Brend Meneceri NovruzRüstəmov öz təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb, onlara marketinq haqqında ən zəruri biliklərdən danışıb.

Növbəti mərhələdə müxtəlif şirkətləri təmsil edən komandalar birincilik uğrunda mübarizəyə başlayıblar. Digər intellektual yarışlardan fərqli olaraq bunu daha maraqlı edən gənclərin məntiq və dünyagörüşləri ilə yanaşı, brendlər haqqında biliklərinin də sınağa çəkilməsi olub.

Komandalar üç mərhələdə mübarizə aparıblar. Gərgin və maraqlı keçən yarışın sonunda 3-cü yeri “Step IT”, 2-ci “Butam” və 1-ci yerin sahibi isə“Betek”komandası olub. Komandalar müxtəklif şirkətlərin nümayəndələri tərəfindən mükafatlandırılıblar. Sonda bütün iştirakçılar, təşkilatçılar, şirkət və media nümayəndələri ilə birlikdə xatirə şəkli çəkilib.