Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 11:03:00
II qrup üzrə respublika birincisi: “Qəbul imtahanlarında 700 bal toplaya bilərdim”

“Bacardığım qədər çox bal toplamaq istəyirdim. Tapşırıqlar çətin olsaydı və 640 bal toplasaydım məni qane edərdi. Bu imtahanlarda isə sualların hamısını doğru cavablandıra və 700 bal toplaya bilərdim. Sırf açıq sualların yoxlanılmasında problem oldu deyə maksimum nəticə göstərə bilmədim”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı II ixtisas qrupu üzrə respublika birincisi Toğrul Hacızadə deyib. Toğrul hər iki imtahanın nəticəsinə əsasən 692 bal toplayıb:

“İki ildir, imtahana hazırlaşırdım. Düzü, məndən daha çox bal toplayanın olmadığına inanmadım.  Suallarda yarım ballıq səhvlər etməsəydim, hamısını düzgün cavablandıra bilərdim.

Bacardığım qədər çox bal toplamaq istəyirdim. Tapşırıqlar çətin olsaydı və 640 bal toplasaydım məni qane edərdi. Bu imtahanlarda isə sualların hamısını doğru cavablandıra və 700 bal toplaya bilərdim. Sırf açıq sualların yoxlanılmasında problem oldu deyə maksimum nəticə göstərə bilmədim”.

Toğrul təhsilini Azərbaycanda davam etdirəcəyi təqdirdə, ya ADA, ya da UNEC-i seçəcək:

“Bütün işləri X və XI sinifə saxlamaq lazım deyil. Şagirdlər dərsləri hər gün məktəbdə öyrənsələr, daha yaxşı olar. Kursa, ya da hazırlıqlara çox güvənməsinlər. Onlara verilən tapşırıqları yerinə yetirsinlər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları