Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 12:35:00
Övladlarını bağçaya yazdırmaq istəyənlərin mütləq bilməli olduqları bilgilər - Hüquq bələdçisi  

Dövlət bağçalarına uşaq qəbulu zamanı yaranan anlaşılmazlıqlar barədə tez – tez eşidirik. Valideynlər bu proses zamanı haqsızlıqlara yol verildiyini, bağçada yer olmamasını əsas gətirib azyaşlının qəbulundan imtina etdiklərini söyləyirlər.

Bəs, əslində məktəbəqədər təhsil müəssisəsində yer olmadığı təqdirdə bağçaya öncə hansı uşaqlar qəbul edilməlidir?

AzEdu.az xəbər verir ki, bağçaya şagird qəbulunun bütün xırdalıqları “Məktəbəqədər təhsil haqqında” qanunda əks olunub. Burada məktəbəqədər təhsil müəssisəsinə qəbul zamanı hansı azyaşlılara üstünlük verilməsi də qeyd edilib.

Qanuna əsasən, dövlət məktəbəqədər təhsil müəssisəsinə öncəaşağıdakı ailələrin övladları qəbul edilməlidirlər:

-Şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçıları və əlillərinin;

-Tək işləyən valideynlərin;

- I və II qrup əlillərin;

-Hərbi xidmətdə olan valideynlərin;

-Təhsilalan anaların;

-Çoxuşaqlı ailələrin övladları;

-Qəyyumluqda olan uşaqlar.

Qeyd edək ki, qanunda əks olunanlar dövlət məktəbəqədər təhsil müəssisələrinə aid olsa da, özəl bağçalar da şagird qəbulu zamanı bu standartları əsas tutmalıdırlar. Amma belə hallar daha çox dövlət məktəbəqədər təhsil müəssisələrində yaşanır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları