Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 13:40:00
Azərbaycanda QİÇS xəstəsi olan uşaqların sayı artıb

Ötən illə müqayisədə QİÇS-ə yoluxmuş uşaqların sayında artım müşahidə edilib.

Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzində qeydiyyatda olan uşaqların sayında cari ildə artım olub.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən AzEdu.az-a bildirilib ki, 2019-cu ilin əvvəlinə olan rəqəmlərə görə, qeydiyyatda olan belə uşaqların sayı 19-dur.

Qeyd edək ki, 2009-cu ildə belə uşaqların sayı 4, 2014-cü ilin əvvəlində 14, 2018-ci ilin əvvəlində isə 18 olub.