![](https://azedu.az/uploads/news/2018/04/İntiqam Sadiyev.jpg)
“Azərbaycanda İKT sahəsinin inkişafı üçün tədris planlarına proqramlaşdırma dili əlavə olunmalı və informatika fənni daha ciddi şəkildə öyrədilməlidir. İT təhsilin önəmli parçasına çevrilməlidir”.
Bunu AzEDU.az-a müsahibəsi zamanı hazırda Türkiyədə yaşayan və dünyanın ən güclü şirkətlərinin birində proqramçı kimi çalışan həmyerlimiz İntiqam Sədiyev deyib.
İntiqam Sədiyev orta təhsilini 1995-1999-cu illərdə Şəki şəhər 12 saylı orta məktəbdə, sonra isə Şəki Türk liseyində alıb. Liseydən məzun olduqdan sonra isə Türkiyənin Boğaziçi Universitetində Kompüter Mühəndisliyi ixtisasına qəbul olunub və elə həmin universitetdə Mühəndislik və Texnologiya idarəetməsi (Engineering and technology management) ixtisasının magistr dərəcəsi üzrə təhsilini davam etdirib. O, hazırda Optiva şirkətində “Java Architect” proqramının rəhbəri vəzifəsini icra edir.
İ.Sədiyev müsahibəsində qeyd edib ki, bu sahədə mütəxəssis olmaq istəyənlər təməl bilgilərə elə kiçik yaşlardan yiyələnməlidir.
“Məncə, proqramlaşdırmanın ən sadə qaydalarını universitetdə öyrənmək, artıq gecdir. İnsanlar orta məktəblərdən ali məktəblərə artıq müəyyən biliklərlə getməlidirlər. İndi dünyada belə nümunələr var ki, 13-14 yaşında uşaqlar öz mobil tətbiqini yazır və milyonlarla istifadəçi qazanırlar”.
Müsahibənin tam mətni ilə tezliklə AzEdu.az-da tanış ola bilərsiniz.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)