Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-16 13:36:14
Akademiya alimləri üçün xüsusi müsabiqə elan edildi

AMEA-nın alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilir.

AzEDU.az xəbər verir ki, müsabiqədə elmlər doktoru dissertasiyası üzərində çalışan alimlər iştirak edə bilərlər.  

Müsabiqə üçün tələb olunan sənədlərin siyahısı:

- Namizədin irəli sürülməsi haqqında AMEA-nın elmi müəssisəsinin direktorunun təqdimat məktubu;

- AMEA-nın elmi müəssisəsinin elmi şurasının qərarı (elmlər doktoru dissertasiyasının hazırlıq dərəcəsi göstərilməklə);

- Avropanın elmi müəssisəsi və ya universitetindən razılıq məktubu (tədqiqat üçün tələb edilən müddət və həmin müddət üçün maliyyə  –  yaşayış, sığorta və laboratoriya xərcləri qeyd edilməklə);

- Namizədin ali təhsil, elmi dərəcə və elmi adları haqqında diplomlarının surəti;

- Tərcümeyi-hal (CV);

- Elmi əsərlərin siyahısı;

- Şəxsiyyət vəsiqəsinin surəti.

Sənədlər AMEA Rəyasət Heyəti aparatının  Elm və Təhsil İdarəsinə təqdim edilməlidir.

Müraciət üçün son tarix 20 aprel 2018-ci ildir.

Tel.: (+994 12) 497 21 28, 492 54 93.

Ünvan: Bakı ş., İstiqlaliyyət küç. 30, Rəyasət Heyətinin binası, otaq 501.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK