Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-14 12:06:21
Qərbi Kaspi Universitetində “Abituriyent Məsləhət Mərkəzi” yaradılır

Qərbi Kaspi Universitetində Dövlət İmtahan Mərkəzinin “Abituriyent Məsləhət Mərkəzi” yaradılacaq.

Universitetdən AzEDU.az-a bildirilib ki, növbəti həftədən fəaliyyətə başlayacaq mərkəzdə xüsusi treninq keçmiş əməkdaşlar tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, "Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında abituriyentlərə ödənişsiz kömək göstərəcəklər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.