Azedu.az

Üç məktəbli qızı avtomobil vurub  

Orta təhsil

Maraqlı

8 Aprel 2019, 10:48
Üç məktəbli qızı avtomobil vurub  

Şəkidə 11-ci sinif şagirdlərini avtomobil vurub.

AzEdu.az ONA-ya istinadən məlumat verir ki, hadisə ötən gün axşam saatlarında M. Ə. Rəsulzadə prospektində baş verib. Rayon sakini Çingiz Hümmətov idarə etdiyi “VAZ 21010” markalı, 55 BO 910 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyadalar, Şəki şəhər sakinləri- 2001-ci il təvəllüdlü Nazənin Rafiq qızı Musayeva, 2002-ci il təvəllüdlü Süsəngül Şəmsəddin qızı İslamova və 2002-ci il təvəllüdlü Türkən Tərlan qızı Məmmədovanı vurub. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan ikisinin xəsarəti yüngül olduğundan evə buraxılıb. N. Musayevanın isə xəstəxanada müalicəsi davam etdirilir.

Hər üç qızın 11-ci sinif şagirdi olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. 

Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?
Son xəbərlərDaha çox