Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 07:24:22
VI Könüllülük Proqramına start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən VI Könüllülük Proqramı çərçivəsində 25 nəfər könüllü fəaliyyətə başlayıb.

İdarədən AzEDU.az-a verilən məlumata görə, müsahibədən uğurla keçən şəxslər BŞTİ-də 3 ay təcrübə keçəcəklər. Könüllü kimi fəaliyyətə başlayan gənclərə proqramın sonunda BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
VI Könüllülük Proqramında iştirak etmək üçün 100-ə yaxın könüllü elektron ([email protected]) qaydada sənəd verib. Onlardan müvafiq meyarlar əsasında 54 nəfər müsahibəyə çağırılıb və 25 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 25 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrində fəaliyyətə başlayıb.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 5 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilən ilk Könüllülük Proqramında 15, II Könüllülük Proqramında 26, III Könüllülük Proqramında 35, IV Könüllülük Proqramında 42, V Könüllülük Proqramında isə 29 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.