Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 06:51:05
Göz həkimi, filosof, dilçi prezidentlər – Dövlət başçılarının təhsilləri

Bu gün bəzi ölkələrin prezidentləri hamının, bütün dünyanın mərkəzindədir. Onların sosial fəaliyyəti, liderlik bacarıqları, siyasi baxışları media qurumları tərəfindən daim izlənilir. Maraqlıdır, ölkələrin idarəsinin həvalə olunduğu şəxslər hansı təhsilə malikdir?

AzEdu.az prezidentlərin təhsilləri haqqında məlumatları təqdim edir:

Vladimir Putin- Rusiya Federasiyasının prezidenti Vladimir Putin Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Təhsilini sonradan Andropov adına Ali KQB məktəbində davam etdirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib;

Vladimir_Putin_(2017-01-17).jpg

Rəcəb Tayyib Ərdoğan -Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirib. Həmin il İmam Xatib liseyinə daxil olub və 1973-cü ildə oradan məzun olub. Sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və Ticarət Elmləri fakültəsində alıb;

erdoğan-1.jpg

Emmanuel Makron - Fransa prezidenti Emmanuel Makron ölkənin ən intizamlı və nüfuzlu məktəbləri arasında göstərilən Parisdəki IV Henri adına məktəbdə təhsil alıb. Sonra ölkənin elit təbəqəsinin getdiyi ENA kollecində təhsilinə davam etdirib. Əvvəlcə, fəlsəfə üzrə oxuyub. Parisdəki X-Nanter Universitetində isə ali təhsilini başa vurub. Bu universitet siyasi tədqiqatlar institutu və milli administrasiya məktəbidir. 

macronwipeout.jpg

Georgi Marqvelaşvili - Gürcüstan prezidenti 1992-ci ildə Tiflis Dövlət Universitetinin Fəlsəfə və psixologiya fakültəsini bitirib, 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində sosiologiyanı öyrənib. 1993-1996-cı illərdə isə Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda təhsil alıb. Fəlsəfə doktorudur;

Giorgi+Margvelashvili+NATO+Holds+Warsaw+Summit+bfM6lYBVMcRl.jpg

Bəşər Əsəd - Suriya prezidenti Bəşər Əsəd Dəməşqdəki fransız-ərəb təmayüllü "əl-Hürriyyə" liseyində orta təhsil alıb. Daha sonra Dəməşq Universitetinin Oftalmologiya fakültəsinə daxil olur. 1992-ci ildə o, oftalmologiya üzrə təcrübə keçmək və təhsilini davam etdirmək üçün İngiltərənin paytaxtı Londona gedir və burada Qərb Göz Hospitalında təcrübə keçir;

Bashar-al-Assad-875.gif

Angela Merkel - Angela Merkel 1961-ci ildə Templində yerləşən politexnik məktəbində birinci sinfə gedib. Təhsilində, xüsusilə rus dili və riyaziyyat fənləri üzrə əldə etdiyi böyük nailiyyətlər diqqətəlayiqdir.1973-cü ildə Angela yerli universitetin Fizika fakültəsində təhsil almaq üçün Leypsiq şəhərinə köçüb. Merkel rus dili üzrə ümummilli olimpiadada iştirak edib qələbə qazandıqdan sonra mükafat olaraq SSRİ-yə səfər etmək imkanı qazanıb;

dgssh.jpg

Həsən Ruhani - İran prezidenti Həsən Ruhani dini təhsilə 1960-cı ildə Simnan mədrəsəsində başlayıb. 1961-ci ildən Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Müəllimləri dövrünün məşhur ilahiyyatçıları Seyid Mohaqqiq Damad, Şeyx Murtuz Hayəri, Fazil Lənkərani, Şeyx Məhəmməd Şahabadi və Seyid Məhəmməd Rza Qolpəyəgani olub. Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olub. 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi üzrə bitirib. Bundan sonra təhsilini Avropada davam etdirib. 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb. 1999-cu ildə isə elmlər namizədi olub;

10435695_xl.jpg

Məhəmməd ibn Rəşid əl-Məktum  - Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, Dubayın mütləq hökmdarı Məhəmməd ibn Rəşid 4 yaşında xüsusi müəllimlər tərəfindən ərəb dili və İslama dair dərs alıb. 1955-ci ildə o “Əl-Əhmədiyyə”də ibtidai təhsilə göndərilib. Burada o, ərəb dili qrammatikası, riyaziyyat, coğrafiya, ingilis dilini öyrənib. Məhəmməd 10 yaşında "Əl-Şaab" məktəbinə, iki il sonra Dubay orta məktəbinə gedib. Təhsilini davam etdirmək üçün 1966-cı ildə ailəsi onu Böyük Britaniyaya göndərib. "Bell Educational Trusts English Language School" da təhsilini davam etdirib. Kembricdə elit məktəbdə təhsil alarkən bir çox millətlərin mədəniyyəti ilə tanış olub.

101ac7ae44f242ac7fe9b550f6961c24_XL.jpg

Əsmər Qabil