Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 05:29:09
“Facebook” məlumatı oğurlanan istifadəçilərə məlumat verməyə başlayıb

“Facebook” sosial şəbəkəsi şəxsi məlumatları oğurlanan istifadəçiləri məlumatlandırmaq üçün kampaniya keçirir.

Azedu.az Ölkə.Az-a istinadən xəbər verir ki, özəl bilgiləri “Cambridge Analytica” mərkəzinə ötürülən istifadəçilərə bu gündən informasiya verilməyə başlanılıb.

İstifadəçilər eyni zamanda hansı tətbiqlərdən istifadə etdiklərini və hansı məlumatların lazım olduğu barədə ətraflı məlumat alacaqlar. Bununla da sosial şəbəkə istifadəçiləri bəzi təhlükəli tətbiqləri söndürə biləcəklər.

Qeyd edək ki, bir müddət əvvəl Britaniyanın “Cambridge Analytica” mərkəzi 87 milyon “Facebook” istifadəçisinin məlumatını əldə etmişdi. Şirkət ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib.