Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-08 13:21:44
Təhsilsiz insan qalmayacaq – HESABAT

UNESCO-nun Dünya Təhsil Hesabatına əsasən, 2042-ci ildə dünyada bütün uşaqlar ibtidai təhsil ala biləcəklər.

AzEdu.az xarici mediaya istinadla xəbər verir ki, hesablamalara görə, dünyadakı uşaqların hamısının ibtidai təhsil təhsil alması üçün 25 il gözləmək lazımdır. 

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində "hər kəs üçün təhsil" hədəfi 2030-cu ilə qədər tamamlana bilməz. 

Almaniyanın Bonn şəhərində elan edilən hesabatda, dünyanın yoxsul ölkələrində təhsil sisteminin keyfiyyət baxımından çox geridə qaldığı vurğulayıb. Qeyd edilib ki, bu ölkələrdə yaşayan uşaqların ibtidai təhsili yalnız 100 il sonra inkişaf etmiş ölkələrdəki kimi ola bilər. Hesabatda qeyd edilir ki, inkişaf etmiş ölkələrdə təhsilə daha çox sərmayə qoymalıdırlar. Dünyadakı bütün gənclərin peşə və ya ali təhsil səviyyəsində təhsil alması isə 2084-cü ildə mümkün olacaq. Orta təhsillə hər kəsin təmin olunması isə 2059-cu ildə mümkün olacaq.

Nəzrin Cavid