Azedu.az

Sabah informatika üzrə fənn olimpiadasının yarımfinal turudur

Məktəblər

7 Aprel 2018, 11:44
Sabah informatika üzrə fənn olimpiadasının yarımfinal turudur

Aprelin 8-də İnformatika fənni üzrə respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək.

AzEdu.az xəbər verir ki, yarımfinal turu Bakı Mühəndislik Universitetində təşkil olunacaq.

Qeyd edək ki, bu gün respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib. Olimpiada Bakı şəhərində dörd, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Şəki şəhərləri, İsmayıllı, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə bir mərkəzdə təşkil olunub. Olimpiadaların respublika mərhələsinin yarımfinal turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox