Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ödənişli əsaslarla dövlət qulluğuna (BA və BB vəzifə qrupları üzrə), ədliyyə və məhkəmə orqanlarına qəbul olunmaq istəyən namizədlər üçün hazırlıq kursları təşkil edir.
AzEdu.az-ın məlumatına görə, kurslar hüququn müvafiq sahələri üzrə tədris proqramları əsasında Akademiya tərəfindən cəlb olunmuş təcrübəli təlimçilər tərəfindən aparılır.
Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı qeyd edilən telefon nömrəsi və e-mail vasitəsilə Akademiyaya müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Telefon: (012) 493-71-31 (103)
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158.