Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 17:58:37
Məktəblilər əsgərlərə məktub yazdılar

Gəncə qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən uğrunda!” səyyar təşviqat dəstəsi tərəfindən “Əsgərə məktub” layihəsi davam edir.

AzEDU.az xəbər verir ki, Aprel döyüşlərinin ikinci ildönümü münasibətilə Cəlilabad rayon Muğan kənd orta məktəbinin şagirdləri əsgərlərə “Biz hər zaman sizin yanınızdayıq”, “Yaşasın Azərbaycan əsgəri” və sair mövzularda məktublar ünvanlayıblar. Layihənin məqsədi cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq, əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdir.

 Şagirdlər məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edir, ərazi bütövlüyümüzün bərpasına sonsuz inamlarını bildirir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğunu yazırlar. Yazılan məktublar Gəncə qarnizonu Zabitlər Evi tərəfindən cəbhə bölgəsində xidmət edən əsgərlərimizə çatdırılacaq.