Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-13 23:40:00
AMEA-da “Vikipediya” təlimi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) üçüncü ildir “Vikipediya” ilə bağlı təlimlər davam edir. MEK-dən AzEdu.az-a verilən məlumata görə, “Vikipediya” Metodik Mərkəzi tərəfindən təşkil edilən təlimlərdə könüllülərdən ibarət 40-dan çox qrup ödənişsiz iştirak edib, bu sahədə maarifləndirilib.

 

Kitabxananın sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Eltürk bildirib ki, təlimlər şöbənin bölmə rəhbəri Günay Məmmədova, mütəxəssislər Rəcəb Həsənbəyov, Nuray Tanrıverdiyeva, Səbinə Abızadə və Sura Məmmədova tərəfindən aparılır. “Vikipediya”nın Azərbaycan dilində olan bölməsində hazırda 143 min 372 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Belə ki, 700-dən çox fəal iştirakçının, həmçinin könüllülərin fəaliyyəti nəticəsində Azərbaycan dilində olan “Vikipediya” ümumi siyahıda 50-ci pilləyə qalxıb. Şöbənin əməkdaşları tərəfindən “Vikipediya” elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir.