Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-12 12:19:55
Zərdüşt Əlizadə: “AMEA-nın bütün institutlarını universitetlərə birləşdirmək lazımdır” - RUBRİKA  

AzEdu.az  “5+1” rubrikasını davam etdirir. Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu suallarını müsahibə ünvanlayırlar.

Redaksiyanın təhsil məsələləri üzrə çalışan  5 əməkdaşı onları narahat edən sualları  hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayırlar... Yəni, 5+1 formatında qısa söhbət...

Rubrikamızın növbəti qonağı Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri, politoloq, şərqşünas Zərdüşt Əlizadədir.

Elmin Nuri: "Sizcə, bu gün AMEA-da nə kimi islahatların aparılmasına gərək var? Elmi qurumun hansı müəssisə və institutlarının birləşməsini təklif edərdiniz?”

-AMEA-nıntəxminən, 3 təşkilatını saxlayıb, qalan bütün institutlarını  universitetlərə birləşdirmək lazımdır. İnstitutlarla təhsil fakültələri birlikdə işləməli və bürokratik sənayesi qurumu aradan qaldırılmalıdır.

Nəzrin Rüstəmova: “Azərbaycanda artıq 11 ildir ki, tətbiq olunan kurikulum sistemi, sizcə, özünü doğruldur?”

-Azərbaycanda təhsil proqramları çox bərbad vəziyyətdədir.  Fənlər üzrə əsasən Tarix, Ədəbiyyat  dərsliklərində  böyük qüsurlar var.

Lamiyə Süleymanlı:Çoxları orta məktəblərin şəxsiyyət yetişdirə bilmədiyini deyirlər. Şagirdlərimizin şəxsiyyət kimi formalaşması, özünün ifadə bacarıqları üçün nələri təklif edirsiz?”

- Məktəbdə  demokratik mühit artsa,  bu zaman şəxsiyyət yetişər.Məktəblərdə  siniflər özünüidarəetmə sisteminə keçməlidir. Eyni zamanda məktəblərdə seçki keçirilərək  direktorlar seçilməlidir. Həmçinin,  universitetlərdə rektor və  dekanlar seçki keçirilərək seçilməlidir. Yəni, aşağıdan yuxarıya qədər demokratik sistem tətbiq olunmalıdır. O zaman vətəndaş və  şəxsiyyət yetişər. Amma yaşlılar gənclərə, uşaqlara təzyiq edirlər və özlərinə uyğun formaya  salmağa çalışırlar.

Günel Yaşarqızı:Son zamanlar gənclərimiz xaricdə təhsil almağı qarşılarına hədəf qoyub.  Sizcə, buna səbəblər nələrdir?”

-Azərbaycanda cəmiyyətdən sifariş gəlmir ki, savadlı, vicdanlı şəxslər uğur qazansın. Məhz  ona görə də hamı çalışır ki, xaricdə keyfiyyətli təhsil alsın və orada qalaraq Azərbaycana qayıtmasın.

Mayıl Ağaxanov:Məktəblərin azad sahibkarlıqla  məşğul olması ilə bağlı söz-söhbətlər gedir. Sizcə, bu,  məktəblərdə özbaşınalıq hallarına  gətirib çıxartmaz?”

 -Məktəblər azad sahibkarlıqla məşğul olmamalıdır. Çünki, məktəblər təhsil ocağıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları