Azedu.az

Magistratura imtahanlarına sənəd qəbulu başa çatır –SON GÜN

Magistratura

Dövlət İmtahan Mərkəzi

11 Fevral 2019, 09:54
Magistratura imtahanlarına sənəd qəbulu başa çatır –SON GÜN

 Bu gün magistratura imtahanlarına onlayn sənəd qəbulu başa çatır.

İmtahanda iştirak etmək üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 11.048  nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 10.033  nəfərdir. Bu say rus bölməsi üzrə 1.015 nəfər təşkil edir.

Qeyd edək ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr günün sonunadək elektron ərizəsini dolduraraq təsdiq edə bilər.

Sərhədə 10 minlik QOŞUN YIĞILDI - Dəhşətli müharibəyə hazırlıq
Son xəbərlərDaha çox