Azedu.az

Məleykə Abbaszadə BDU-da heç bir kadr dəyişikliyi etməyib- RƏSMİ

Ali təhsil

21 Noyabr 2026, 17:19
Məleykə Abbaszadə BDU-da heç bir kadr dəyişikliyi etməyib- RƏSMİ

BDU-da yeni rektor heç bir əməkdaşla bağlı kadr əmri imzalamayıb.

AzEdu.az-a Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, universitetin rektoru Məleykə Abbaszadə noyabrın 19-da kollektivə təqdim edilib.

Bildirilib ki, Məleykə Abbaszadə rektor vəzifəsinin icrasına başladıqdan sonra heç bir əməkdaşın işdən azad olunması və ya vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalamayıb.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi universitetlə bağlı məlumatların yayılmasından əvvəl dəqiqləşdirilməsini və rəsmi xəbərlərə istinad edilməsini xahiş edib.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox