Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 11:43:00
Müəllimlər üçün qiymətləndirmə qaydaları ilə bağlı xeyli vəsait çap olunacaq - RƏSMİ  

“Növbəti il müəllimlərdə qiymətləndirmə qaydaları ilə bağlı daha çox məlumat, vəsait olacaq”.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev “Həftənin sualı” proqramında yeni qiymətləndirmə qaydaları ilə bağlı izləyicilərin suallarını cavablandırarkən məlumat verib. O, bildirib ki, qiymətləndirmə qaydaları ilə bağlı məktəblərə müəyyən təlimatlar göndərilir:

“Bundan əlavə, metodik vəsaitlər, müxtəlif ədəbiyyatlar da var. Gələcəkdə də müəllimlər üçün xeyli təlimatların hazırlanması və göndərilməsi nəzərdə tutulub. Qısası, növbəti ildə müəllimlərdə qiymətləndirmə qaydaları ilə bağlı daha çox məlumat olacaq”.

Qeyd edək ki, yeni qaydalara əsasən, I siniflərdə summativqiymətləndirmələr ləğv olunub. Kiçik summativqiymətləndirmələr II sinifdən başlayaraq bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla aparılır.

Böyük summativqiymətləndirmə isə IV sinifdən etibarən keçirilir. O, IV, IX və XI siniflərdə bütün fənlər, V, VII, VIII, X siniflərdə isə yalnız buraxılış imtahanında keçiriləcək fənlər üzrə aparılacaq. Bu, yalnız təmayülləşmə tətbiq olunmayan orta məktəblərə aid edilir. Təmayül lisey və məktəblərdə isə pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə summativ keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları