Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 10:29:29
I sinifdə yarımil qiymətləri çıxarılmalıdırmı? –RƏSMİ  

Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev “Həftənin sualı” proqramında yeni qiymətləndirmə qaydaları ilə bağlı izləyicilərin suallarını cavablandırıb.

AzEdu.az-ın məlumatına görə,o, “I siniflərdə heç bir qiymətləndirmə olmadığına görə jurnalda yarımil qiymətləri çıxarılacaqmı?” sualına cavab olaraq bildirib ki, I siniflərdə böyük və kiçik summativ qiymətləndirmələr ləğv olunub:

“Yarımil qiymətlər çıxarılmayacaq. Ümumiyyətlə, I sinifdə summativdən söhbət gedə bilməz. Əslində, I siniflərdə heç bir summativqiymətləndirməaparılmayacaq desək, daha düzgün olar. Amma təbii ki, müəllim şagird bacarığını müəyyənləşdirməküçün formativ qiymətləndirmə aparmalıdır. Bunun üçün müxtəlif təcrübələrdən istifadə oluna bilər. Məsələn, müəllim I sinif şagirdini qiymətləndirmək üçün ona ulduz verə bilər. Bu, normaldır. Amma rəsmi summativ qiymətləndirmə aparılmayacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları