Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-06 10:51:00
Xaricdə oxumaq istəyənlər üçün əla şans - Sərfəli proqram

Dünyanın müxtəli ölkələrindən çoxsaylı tələbələri Çex Respubikası, Macarıstan, Polşa, Slavakiyaya cəlb edən yeni təqaüd proqramı elan olunub.

AzEdu.az xəbər verir ki, Visegrad təqaüd proqramına Azərbaycan, Belarusiya, Moldova, Ukrayna və s. ölkə vətəndaşları müraciət edə bilər.

Proqram semester ərzində 2500 avro + 1500 avro təqaüd vəd edir.

Proqram 4 semestr ərzində magistratura və 2 semestr ərzində doktorantura və ya tədqiqat üçün nəzərdə tutulub.

 Təqaüd proqramında iştirak üçün lazım olan əsas sənədlər isə bunlardır:

-Akademik göstəricilər (transkript);

-Universitetdən qəbul məktubu.

-Təqaüd proqramına son müraciət tarixi  15 mart 2019-cu ilə qədərdir.

Qeyd edək ki, qəbul bir neçə prosesdən ibarətdir. Proqramda iştirak etmək və daha ətraflı məlumat üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz:

http://visegradfund.org/scholarships/

Günel Yaşarqızı
Müəllifin digər yazıları