Azedu.az

Yaponiyada 145 məktəb bağlanacaq

Orta təhsil

22 Oktyabr 2026, 08:41
Yaponiyada 145 məktəb bağlanacaq

Yaponiyanın 47 prefekturasından azı 17-sində əhalinin azalması səbəbindən 2040-cı ilə qədər 145 dövlət məktəbinin bağlanılması planlaşdırılır.

AzEdu.az "Asahi" qəzetinə istinadən xəbər verir ki, bunu nəşrin yerli hakimiyyət orqanları arasında apardığı sorğunun nəticələri göstərir.

Məlumata görə, 13 prefektura 2030-cu ilə qədər 41 məktəbi, sonrakı on ildə isə daha 37 məktəbi bağlamağı planlaşdırır. Digər dörd prefektura 2040-cı ilə qədər daha 67 məktəbi bağlayacaq.

Lakin, yalnız 17 prefektura qarşıdan gələn məktəb bağlanmaları ilə bağlı konkret məlumat verib. Qalan 30 prefektura planlarının hələ də nəzərdən keçirildiyini bildirib.

Təhsil müəssisələrinin bağlanmasının əsas səbəbi məktəb yaşlı uşaqların sayı da daxil olmaqla əhalinin azalmasıdır.

Nəşrin istinad etdiyi Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin proqnozuna görə, 15 yaşdan kiçik əhali 2024-cü illə müqayisədə 2039-cu ilə qədər 15 % azalacaq.

Ərdoğanın partiyasında təmizləmə əməliyyatı - Saxlanılanlar var
Son xəbərlərDaha çox