Azedu.az

Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaq mərkəzi ilə tanış olub

AzEdu Təhsil Platforması

21 Oktyabr 2026, 20:29
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaq mərkəzi ilə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və “İmkon” reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanış olub.

AzEdu.az xəbər verir ki, Leyla Əliyevaya mərkəzlərdə uşaqlara göstərilən təhsil, tibbi və sosial reabilitasiya xidmətləri barədə məlumat verilib.

Bildirilib ki, “İmkon” mərkəzlərində ixtisaslaşdırılmış məktəbəqədər təhsil, korreksiya məşğələləri, tibbi və sosial reabilitasiya, eləcə də ailələrə dəstək xidmətləri bir arada təqdim olunur. Bütün məşğələlər, prosedurlar və reabilitasiya proqramları ödənişsizdir.

Məktəbəqədər bölmələr 150 uşaq üçün nəzərdə tutulub. Burada 2–7 yaşlı uşaqların təhsili, korreksiya məşğələləri və gündə beş dəfə qidalanması təmin edilir.

Tanışlıq zamanı Leyla Əliyevaya xüsusi təchiz olunmuş kabinetlər, reabilitasiya zalları, sensor inteqrasiya və akvaterapiya məkanları, eləcə də uşaqların inkişafına yönəlmiş digər xidmətlər təqdim edilib. Uşaqlarla pediatrlar, ortopedlər, reabilitoloqlar, psixoloqlar, loqopedlər və defektoloqlar çalışırlar.

Qeyd olunub ki, layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keyfiyyətli xidmətləri əlçatan etməkdir.

Mərkəzlər şəbəkəsində 2025-ci ildə 546 mindən çox məşğələ və prosedur həyata keçirilib. 2019–2025-ci illərdə isə onların ümumi sayı 1,5 milyona yaxın olub.

 

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox