Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-03 17:30:00
Qiymətləri aşağı olan uşaqla necə davranmalı?-Mütəxəssis məsləhəti

Bütün valideynlər övladının dərslərində uğur qazanmasını istəyir. amma bəzən nəticə belə olmaya da bilir. bu zaman əksər valideynlərdə bir çaşqınlıq yaranır: nə edim ki, övladım oxusun?

AzEdu.az bildirir ki, qiymət cədvəli pis olan uşağa öncə bu vəziyyəti özünün dəyərləndirməsi üçün şərait yaradılmalıdır. Bu işdə  uşağa yoldaşlıq edərək  dəstək göstərilməlidir.

Qiymət cədvəllərində aşağı qeydlər olan uşaqlar özlərini qeyri-adekvat və uğursuz hiss edə bilərlər. Uşaqların qiymətə görə dəyərləndirilməsi özgüvənlərinin azalmasına yol aça bilər. Qiymət cədvəli uşağın valideynləri tərəfindən müvəffəqiyyətli və ya uğursuz hesab edilmədinə səbəb ola bilər.

Amma qiymət heç də uşağın bütün fəaliyyətini ölçmür. Qiymət cədvəli yaxşı olan uşağa necə müvəffəqiyyətli olacağı söylənə bilməzsə, qiymət cədəvli pis olan uşağa da uğursuz olacağı söylənə bilməz. Valideynlər uşaqlarını anlamağa çalışmalıdırlar. Onlar mühakimə və cəza kimi mənfi hallardan çəkinməlidirlər. Uşağın  qiymətlərindəki zəifliyin səbəbi araşdırılmalı və o, başqaları ilə müqayisə edilməməlidir. Valideynlər öz gözləntilərini ödəməli, yoxsa, uşağın gözləntilərinə cavab verməlidirlər? Bunları ayırd edə bilməlidirlər.  Uşağın uğur qazana biləcəyi sahələrin müəyyənləşməsi vacibdir. Onun özünü daha yaxşı hiss etdiyi və müvəffəqiyyətli olduğu sahələr tapılaraq dəstəklənməlidir.