Çikaqo Universitetindən tədqiqat- Süni intellekt tapşırıqları qiymətləndirərkən "səxavətli" davranır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Çikaqo Universitetinin tədqiqatçıları generativ süni intellekt (Sİ) alətlərinin tələbə tapşırıqlarını nə dərəcədə dəqiq qiymətləndirdiyini üzə çıxaran diqqətçəkən bir araşdırma aparıblar. Nəticələr göstərir ki, Sİ texnologiyaları obyektiv yoxlamalarda effektiv olsa da, yaradıcı və analitik mətnlərin qiymətləndirilməsində gözlənilməz xətaya yol verir.
Tədqiqata əsasən, generativ Sİ modelləri "orta səviyyəli" yazılara həddindən artıq yüksək xal verməyə meyllidir. Lakin alimlər müəyyən ediblər ki, süni intellekt müəllim əvəzinə deyil, yalnız müəllim nəzarəti altında ikinci bir "yoxlama mexanizmi" kimi tətbiq edildikdə təhsilin keyfiyyəti 30% artır. Mütəxəssislər bildirirlər ki, Sİ-dən tam müstəqil qiymətləndirici kimi deyil, müəllimə dəstək aləti kimi istifadə etmək ən doğru tədris strategiyasıdır.