Stenford alimləri təhsildə inqilabi addım atdı: 10 dəqiqəlik "mikro-dərslər" mənimsəməni 88%-ə çatdırır.
AzEdu.az xarici mediya istinadən xəbər verir ki, Stenford Universitetinin Təhsil Fakültəsinin tədqiqatçıları təhsil sistemində diqqət yayınması və mənimsəmə faizinin aşağı düşməsi problemünə qarşı təsirli həll yolu tapıblar. Alimlərin keçirdiyi son araşdırmalar göstərir ki, ənənəvi 45 dəqiqəlik mühazirə formatı müasir tələbələrin diqqətini saxlamaqda kifayətsiz qalır.
Tədqiqat çərçivəsində dərs materialları 7–10 dəqiqəlik interaktiv mikro-videolara və vizual hissələrə bölünüb. "Mikro-öyrənmə" (micro-learning) adı verilən bu metod sayəsində tələbələrin fikrinin dağılmasının qarşısı böyük ölçüdə alınıb. Təcrübələrin nəticələrinə əsasən, mürəkkəb elmi anlayışların tələbələr tərəfindən mənimsənilmə göstəricisi 65%-dən 88%-ə qədər yüksəlib.
Mütəxəssislər bildirirlər ki, materialın kiçik və vizual modullar şəklində təqdim edilməsi beynin informasiyanı emal etmə imkanlarına tam uyğundur. Bu kəşfin gələcəkdə universal təhsil proqramlarının və onlayn kursların strukturunda əsaslı dəyişikliklərə yol açacağı gözlənilir.