Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-30 11:50:00
Qız tələbələr siqareti məhz moda olaraq istifadə edirlər - Deputatdan irad

Millət vəkili Fazil Mustafa tütün məmulatlarının ziyanından danışıb.

 

AzEdu.az xəbər verir ki, o, bununla bağlı qeyd edib:

“Xərçəng hüceyrələri ilə bağlı apardığı araşdırmalara görə Nobel mükafatı almış Əziz Sancardan soruşurlar ki, bu qədər tədqiqat aparmısınız, xərçəngdən qorunmanın birinci şərti nədir. Qısa, lakonik cavab verir: siqaretə yaxın durmayın. İndi bilirəm ki, insanlardan bəzisi deyəcək ki, filankəs siqaret çəkmirdi, ancaq bu problemlə üzləşdi, əlbəttə, bu da bir gerçək hallardır, lakin ən çox xərçəngə insanı yaxınlaşdıranın siqaret olduğunu alimlər müəyyənləşdiriblər”.

Fazil Mustafa bildirib ki, dünyada ən məzmunsuz siqareti bəlkə də Türkiyədə, xüsusilə də qadınlar çəkirlər:

“Türkiyə cəmiyyətində ən zəhləm gedən şey gənc qızların kütləvi şəkildə siqaret çəkməyidir. Universitetin qarşısında onlarla qızın siqareti məhz moda olaraq istifadə etdiyini sezirsən. Sabah ana olacaq bu insanların valideynləri necə olur ki, bu cür davranışlarının qarşısını almağa səy göstərmirlər? Azərbaycanda heç olmazsa bu cür toplum içində açıq formada qızlar siqaret çəkməyə risk etmirlər. Siqaret çəkən dindarları isə ümumiyyətlə, anlamaqda zorluq çəkirəm. İmandan danışa-danışa bir növ uyuşdurucu sayılan siqaretə baş vurmaq imanın zəifliyinin, fikrimcə, birinci şərtidir. Türkiyə Dəyanət Vaqfı Başqanının son addımını, yəni Həcc ziyarətinə siqaret çəkən din adamlarının aparılmayacağını bəyan etməsini də təqdirlə qarşılayıram. Əslində bu tərbiyəvi məqsədlə atılan bir addımdır. Yeri gəlmişkən, bu son səfərim zamanı iki dostumuzun siqaretdən imtina etməsinə qısa bir söhbətdən sonra nail ola bildim. Hər birimiz çevrəmizdəki əlçatan insanları inandıraraq siqaretdən uzaqlaşdırmalıyıq. Yalnız qanunla, cəriməllərlə bu iş yürüməz”.