Azedu.az

Universitetlər AI ilə bağlı qərar qarşısında: Qadağa, yoxsa düzgün istifadə?

Xarici təhsil

17 Avqust 2026, 12:47
Universitetlər AI ilə bağlı qərar qarşısında: Qadağa, yoxsa düzgün istifadə?

Filippində tələbələrin süni intellektdən istifadəsi ali təhsil gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Ali təhsil sahəsinin nümayəndələri AI-nin tələbələrin akademik fəaliyyətinə təsirinin təcili müzakirə olunmasına çağırıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki,məsələ yalnız tələbələrin tapşırıqları süni intellektə yazdırması ilə məhdudlaşmır. Ekspertlər AI-dan həddindən artıq asılılığın tələbələrin müstəqil düşünmə, araşdırma və yazı bacarıqlarına necə təsir etdiyinə diqqət çəkirlər.

Bu narahatlığın real nümunələrindən biri Filippin Universitetinin Hüquq fakültəsində yaşanıb. Fakültə tələbələrin işlərinin keyfiyyətində azalma müşahidə etdikdən sonra dərslərdə süni intellekt və rəqəmsal cihazların istifadəsinə məhdudiyyətlər tətbiq edib.

Beləliklə, universitetlər qarşısında yeni sual yaranır: AI tələbənin öyrənməsinə kömək edən vasitədir, yoxsa onun əvəzinə düşünməyə başlayan texnologiya?

Mütəxəssislərin gündəmə gətirdiyi əsas məsələ AI-ni tamamilə qadağan etməkdən çox, onun akademik dürüstlüyü və tələbənin müstəqil düşünmə bacarığını zəiflətmədən necə istifadə olunmasıdır. OECD də 2026-cı il hesabatında generativ AI-nin təhsildə faydalı ola biləcəyini, lakin bunun aydın pedaqoji prinsiplərlə yönləndirilməsinin vacibliyini vurğulayır.

Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü
Son xəbərlərDaha çox